AZ

Sosial media bir vasitədir məqsəd deyil AYDINLIQ GƏTİRİLDİ

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Müasir dövrün ayrılmaz parçasına çevrilmiş sosial media platformaları artıq insanların təkcə ünsiyyət vasitəsi deyil, həm də özlərini ifadə etmə, tanıtdırma və cəmiyyətlə münasibət qurma vasitəsinə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, bəzən insanlar gündəlik həyatlarında baş verən ən xırda hadisəni belə paylaşmaq ehtiyacı hiss edirlər. Onların bu davranışlarının arxasında müxtəlif səbəblər durur. Ən çox rast gəlinən səbəblərdən biri təqdir olunmaq, bəyənilmək, yəni "layk" toplamaq istəyi ilə bağlıdır. Bu sosial təsdiqə ehtiyac bəzi hallarda o qədər güclü olur ki, insanlar hər addımlarını paylaşaraq, virtual aləmdə özlərini daha "görünən" etməyə çalışırlar. Bəzən isə bu davranışlar iş həyatının tələblərindən irəli gəlir. Xüsusilə media, reklam və ictimaiyyətlə əlaqələr kimi sahələrdə çalışanlar üçün sosial media aktivliyi bir vəzifəyə çevrilə bilər. Lakin paylaşımın məqsədi və niyyəti burada çox önəmlidir. Bir çox hallarda insanlar psixoloji olaraq narahat olduqları zaman başqaları ilə özlərini müqayisə edir, bəhsə girir və eqo mərkəzli davranışlar sərgiləyirlər. Bu zaman paylaşımlar artıq sadəcə informasiya ötürməkdən çıxır, kiməsə nəyisə sübut etmək vasitəsinə çevrilir. Hətta bəzi şəxslər özlərinə aid olmayan məqamları paylaşaraq, süni həyat obrazı yaratmağa çalışırlar ki, bu da səhv və təhlükəli bir yanaşmadır.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Məncə, sosial mediada paylaşımın tezliyi və məzmunu şəxsin kimliyi, peşəsi və məqsədi ilə düz mütənasib olmalıdır. Əgər bir şəxs işləyirsə, onun paylaşım tərzi və sayı iş sahəsi ilə uyğunlaşmalıdır. İşlə bağlı informativ və faydalı paylaşımlar cəmiyyət üçün də dəyərlidir. Ancaq şəxsi həyatın davamlı olaraq paylaşılması - yeməklər, geyimlər, şəxsi münasibətlər, məkanlar və s. - artıq "görünmək", "bəyənilmək", "qısqanılmaq" kimi gizli ehtiyaclara işarə edir ki, bu da gələcəkdə psixoloji problemlərə yol aça bilər. Xüsusiliyi paylaşmaq, onun dəyərini azalda bilər. Həyatın hər anını paylaşmaq, o anı yaşamaq yerinə, onu başqalarına göstərməyə xidmət edirsə, bu artıq bir balansın pozulması deməkdir. Nəticə etibarilə, sosial mediada paylaşım mədəniyyəti düşünülmüş və məqsədyönlü olmalıdır. Həm özümüzü, həm də başqalarını psixoloji təzyiqdən uzaq tutmaq üçün paylaşımın miqdarına və məqsədinə diqqət etməliyik. Sosial media bir vasitədir - məqsəd deyil".

Müəllif: Günel Rəşadqızı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
sia.az

2Mənbələr