AZ

Şəhid və müharibədə yaralananların ailə üzvləri üçün peşə təlimləri davam etdirilir (FOTO)

Bakı. Trend:

“AzerGold” QSC tərəfindən “Şəhid və müharibədə yaralananlarınailə üzvlərinin iqtisadi inkişafına dəstək” layihəsi çərçivəsindəqənnadçı-şirniyyatçı peşəsi üzrə intensiv təlimlər davametdirilir.

Gəncə şəhəri, Daşkəsən, Göygöl və Samux rayonlarından olan,sözügedən həssas əhali qrupuna aid 15 nəfər qadının iştirak etdiyipeşə təlimi proqramı şəhid və müharibədə yaralananların ailəüzvlərinin qayğı ilə əhatə olunması, onların sosial fəallığınıartırmaqla iqtisadi müstəqilliyinin dəstəkləməsi məqsədidaşıyır.

Qeyd edək ki, layihə çərçivəsində iştirakçılara beynəlxalqdərəcəli qənnadçı ekspertlər tərəfindən nəzəri və praktiki təlimlərkeçirilir. İki ay davam edəcək intensiv təlimlərdə bütün növ zərurimal-material və avadanlıqlarla təmin edilən müdavimlərə müvafiqpeşə sahəsi üzrə bilik və bacarıqlar aşılanır.

Təlim proqramları yekunlaşdıqdan sonra iştirakçılar TəhsildəKeyfiyyət Təminatı Agentliyinin “Qeyri-formal və informal təhsilintanınması” imtahanında iştirak edərək, müvafiq peşə sertifikatıəldə edəcəklər.

Həmçinin layihənin yekunu olaraq təlim proqramlarına cəlbedilmiş tərəfdaş şirkətlər vasitəsilə müdavimlərin müvafiq sahədəişlə təminatına və ya fərdi sahibkarlıq fəaliyyətlərinin təşkilinədəstək göstəriləcək.

Xatırladaq ki, həssas əhali qrupları “AzerGold” QSC-ninkorporativ sosial məsuliyyət fəaliyyətində əsas hədəfkateqoriyalarından biri olaraq müəyyən edilib. Səhmdar Cəmiyyətitərəfindən ardıcıl və sistemli şəkildə icra edilən sosialyönümlülayihələr həssas əhali qrupları da daxil olmaqla, yerli icmalarınhərtərəfli diqqət və qayğı ilə əhatə olunması istiqamətindədövlətin yürütdüyü siyasətə əlavə töhfə vermək məqsədi daşıyır.

Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Seçilən
33
9
az.trend.az

10Mənbələr