AZ

"Air Astana" hava marşrutlarını dəyişdi - Təyyarələri İran və İraqın hava məkanından yan kəcəcək

Astana. Trend:

Qazaxıstanın “Air Astana” hava yolları şirkəti İranın və İraqınhava məkanından yan keçəcək.

Trend xəbər verirki, bu barədə şirkət öz “Telegram” kanalında məlumat yayıb.

“Air Astana” qrupu İran və İraq hava məkanının bağlanması iləəlaqədar olaraq “Air Astana” və “FlyArystan” aviaşirkətlərinin bəzimüntəzəm və çarter reyslərinin marşrutlarında dəyişikliklər barədəmüştərilərə məlumat verir. Şarm-əl-Şeyx, Dubay, Doha, Manama vəMədinəyə həyata keçirilən reyslər İran və İraq hava məkanından yankeçməklə icra olunacaq.

“Air Astana” vəziyyəti diqqətlə izləyir və əlavə dəyişikliklərbarədə məlumat verəcək.

Sərnişinlərdən xahiş edirik ki, uçuşların statusunu yoxlasınlar,çünki təyinat hava limanlarına uçuş və eniş vaxtlarındadəyişikliklər ola bilər”, – deyə aviaşirkətin bəyanatında qeydolunub.

Xatırladaq ki, iyunun 12-dən 13-nə keçən gecə İsrailin HərbiHava Qüvvələri İran ərazisinə hava zərbələri endirib. İsrailinmüdafiə naziri İsrael Kats ölkə üzrə fövqəladə vəziyyət elanedib.

Məqalədə:
Seçilən
38
az.trend.az

1Mənbələr