AZ

"Qarabağ"ın qapıçısını milliyə çağırdığı üçün tənqid edildi - ən yaxşı qapıçı kənarda qaldı

Polşada millisinin artıq istefa vermiş baş məşqçisi Mixal Probejanın qalmaqallı qərarlarından yazılarkən, “Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin də yığmaya dəvət edilməsi diqqətə çatdırıblar. 

Sportal.az xəbər verir ki, “Meszyki.pl” portalı Koxalskinin milliyə dəvət edilməyən Kamil Qrabaradan daha aşağı səviyyəli olduğunu iddia edib: 

“Probejanın bəzi dəvətləri ilə bağlı şübhələr var, çünki onun qərarları sadəcə məntiqsiz idi. Ən yaxşılardan birinə və bəlkə də Voyçex Şesnının iddia etdiyi kimi, ən yaxşı polşalı qapıçıya tamamilə məhəl qoymamaq bariz nümunədir. Kamil Qrabara Bundesliqada möcüzələr yaradır və hələ də milliyə dəvət edilmədi, kənarda qaldı. Milliyə dəvət edilənlər isə ondan bir-iki dəfə aşağı səviyyədə idi: Bartlomey Dronqovski, Radoslav Maeçki, Mateuş Koxalski, Bartoş Mrojek, Kasper Trelovski və Oliver Zıx”.

Xatırladaq ki, “Qarabağ”ın qapıçısı Moldova ilə yoldaşlıq görüşündə ehtiyat oyunçular skamyasında oturub. DÇ-2026-nın seçmə mərhələsinin Finlandiya ilə oyunu üçün isə onun adı sifariş ərizəsinə daxil edilməyib. 

 

saytlarin hazirlanmasi

Seçilən
19
2
sportal.az

3Mənbələr