Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Türkiyədən Azərbaycana qədəm basan hər bir qonaq, ziyarətçi cəmiyyətdəki mövqeyi və imkanlarından asılı olmayaraq, səviyyəsi hər zaman bizə doğma və əzizdir. Axı biz bir millətin iki dövlətinin, dost və qardaş ölkələrin vətəndaşlarıyıq. Bu ortaq düşüncə və səmimi hisslər hər iki xalqa mənəvi qüvvət verir, öyünc doğurur. Türkiyyəli bacı və qardaşlarımız haqlı olaraq Azərbaycanda özlərini evlərində olduğu kimi hiss edirlər. Bunu onların qəlblərindən dilərinə axan, sonsuz bir sevgi və ərk ilə söylədikləri sözlər aydın ifadə edir: “Biz Vətəndən Vətənə gəlmişik”. Hər zaman xoş gəliblər, gözümüz üstə yerləri var. Həqiqətən, bu gün dünyada azərbaycanlılar və türklər qədər bir-birlərinə bu qədər yaxın və doğma olan ikinci bir millət tapmaq qeyri-mümkündür. Bu qardaşlığı zinətləndirən dostluq əsrlərin çətin sınaqlarından keçərək, bugünkü nəsillərə qiymətli bir ərməğan kimi yetişib. “Xalq qəzeti” redaksiyasına Türkiyədən qonaqların gəldiyini eşidəndə, təbii ki, bütün kollektivimiz çox sevindi. Biləndə ki, müsafirlərimiz həm də həmkarlarımızdır, tanınmış qələm əhlidirlər, maraq və həyəcanımız bir qədər də artdı. Baş redaktor Əflatun Amaşovun təklifi ilə qonaqlarla söhbətləşib qəzetimiz üçün yazı hazırlamaq şansı isə məni əlavə duyğulandırdı. Qəlbimi bürüyən sevgi ilə onlarla ünsiyyət qurmağa çalışdım. Simasından, davranışından kübarlıqyağan, istedadlı jurnalist qonağımız Mövlud Yeni Türkiyə Qəzetçiləri Konfederasiyası rəhbərinin beynəlxalq əlaqələr ürzrə yardımçısıdır. 40 ilə yaxın davam edən qaynar yaradıcılıq fəaliyyətinin çox hissəsini “Tərcüman”, “Axşam”, “Sabah” kimi nüfuzlu qəzetlərin redaksiyalarında keçirib. Hazırda Türkiyədə kifayət qədər populyar olan “mygazete.com” saytının sahibidir. Digər qonağımız isə turizm mövzusunda tanınmış qəzetçisi, “turizmday.com” saytının sahibi Emin Demirdir. Xatırladaq ki, hər iki qonaq bu dəfə ölkəmizə “Qafqaz City Hotel və Qafqaz Sahil Oteli” rəsmisi, Azərbaycan və Turan sevdalısı Xəlil bəy Durunun təşəbbüsü ilə gəliblər. Qonaqların sözlərinə görə, budəfəki gəlişlərinin səbəbi özlərinin Türkiyə mediasındakı işgüzar əlaqələrini, eləcə də bilik və bacarıqlarını səfərbər edərək “can Azərbaycanda turizmin inkişafına media dəstəyi verməkdir”: – Axı turizm sektoru bu gün neft qədər gəlirli, həm də də ekoloji cəhətdən zərərsiz, yəni “bacasız istehsal sahəsi olmaqla”, sevimli ölkələrimizin iqtisadiyyatının inkişafına əlavə dinamizm və sanballı maliyyə faydaları gətirmək gücünə malikdir. Mövlud bəyin bu sözlərindən sonra Emin bəy, öz növbəsində söylədi ki, bir halda ki, hədəf bəllidir, niyyətimiz xeyirxah məqsədlərə xidmət edir və real imkanlara söykənir. Niyə bu sahədə qüvvələrimizi birləşdirib layiqli uğur qazanmayaq: “Lakin belə bir amili də unutmaq olmaz ki, çağdaş dünyada bütün sahələrdə, eləcə də turizm sektorunda rəqabət çox güclüdür. Bu istiqamətdə yeni yaranmış fürsətləri qaçırmaq zərər gətirər. Biz əl-ələ verib zamanın çağırışlarını qarşılamağı bacarmalıyıq”.Bu fikirlərdən sonra qonaqlar yaddaşlarında əzbər saxladıqları önəmli rəqəmləri dilə gətirdilər. Məlum oldu ki, bu ilin 5 ayı ərzində Türkiyədən Azərbyaycana cəmi 175 min turist səfər edib. Düzdür, ötən dövrlərə nisbətən bu istiqamətdə artım müşahidə olunur, lakin bu göstərici mövcud potensialla müqayisədə çox aşağıdır. Daha böyük irəliləyişə nail olmaq isə mümkün və vacibdir. Qonaqlar onu da vurğuladılar ki, son illər bir çox Avropa İttifaqı dövlətləri türkiyəli turistlərin bu ölkələri ziyarət etmələri üçün süni əngəllər yaradırlar. Bu, vizalardan tutmuş, bürokratik maneələrlə müşayiət olunan digər süni əngəlliklərdə də özünü göstərir. Amma türk vətəndaşlarının qardaş Azərbaycana səfər etmələri üçün heç bir maneə yoxdur və ola da bilməz. Bu məqamda Mövlud bəy dərin inam hissi ilə dedi: – Azərbaycana tezliklə dünyanın hər yerindən böyük turizm axını gözlənilir. 85 milyon əhalisi olan Türkiyədən nədən qardaş ölkəyə hər il azı 1 milyondan çox turist gəlməsin?! Niyə türk ziyarətçilər gözəl və bənzərsiz Şuşanın təmiz havasından udub, saf suyundan içməsinlər? Nə üçün Xəzərin “cənub mirvarisi” Lənkəranın, “şimal gözəli” Qubanın məğrur dağları kimi qürurlu insanları ilə ünsiyyətdə olmasınlar? Nədən dünyanın ən ləziz mətbəxləri ilə yarışmaq gücündə olan Şəki nemətlərinin ləzzətini damaqlarında hiss etməsinlər?! Hansı turist Zaqatalanın bərəkətli vadilərində becərilən qızılgüllərin ətrindən doya bilər?! Bəli, Azərbaycan başda-başa gözəlliklər diyarıdır! Bu gözəl yurdu böyük sevgisiz təsvir və təsəvvür etmək sadəcə mümkünsüz...Türkiyəli yazarları məmnun edən digər bir məqam isə budur ki, son illər Azərbaycan dövləti turizmin hərtərəfli inkişafını birmənalı olaraq dəstəkləyir. Təqdirəlayiq haldır ki, bu sahədə iri layihələrin icra olunmasına start verilib. Bu isə ümid verir ki, yaxın illər ərzində, ölkədə həm otellərin, həm də “mehmanxana odaları”nın sayı kəskin artacaq. Bu sahədə zəruri infrastruktur ilə yanaşı, xidmət səviyyəsi də yüksələcək. Türkiyəli həmkarlarımız isə ölkəmizin böyük turizm imkanlarını təbliğ və təşviq etmək, marketinq ilə bağlı məsələləri həll etmək, eləcə də media dəstəyi göstərməyə hazırdırlar. Geniş izləyici auditoriyası olan sosial şəbəkəni, internet televiziya kanallarını bu xeyirxah missiyanın həllinə yönəltmək olar və lazımdır. Bununla bərabər, qonaqlar belə bir narahatlıqlarını da təəssüflə dilə gətirdilər ki, son vaxtlar sosial şəbəkələrdə Türkiyə–Azərbaycan dostluğuna xələl gətirməyə çalışan qüvvələr fəallaşıblar. Bu məqamda söhbətdə iştirak edən, hər iki türkiyəli jurnalisti yaxından tanıyan, onlarla birlikdə Qarabağda işğaldan azad edilmiş ərazilərimizi ziyarət edən tanınmış jurnalist və vətəndaş cəmiyyəti fəalı, Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, BAMF prezidenti Umud Rəhimoğlu əminliklə dedi ki, qoy sosial şəbəkələrdə “qara piar”la məşğul olanlar bədnam əməllərindən əl çəksinlər. Bədxahlarımız heç vaxt Azərbaycan və Türkiyə dövlətləri və xalqlarının əbədi dostluğu və qardaşlığına kölgə sala bilməzlər!
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Məsaim ABDULLAYEV XQ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.