AZ

Azərbaycan güləşçisi Avropa çempionatının finalında uduzmasının səbəbini açıqlayıb

Azərbaycanın yunan-Roma güləşçisi Əli Nəzərov (60 kq) Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunan Avropa çempionatının finalında müəyyən səhvlər səbəbindən qələbəni əldən verib.

İdmançı bu barədə “Report”a açıqlamsında deyib.

“Yarış yaxşı keçdi. Finala qədər hər şey istədiyim kimi idi. Həlledici görüşdə də qələbə qazana bilərdim. Çünki erməni rəqibim məndən zəif idi. Sadəcə, özüm müəyyən səhvlərə yol verdim. Ümid edirəm ki, çatışmazlıqları dünya çempionatında aradan qaldıracağam”, - deyə güləşçi vurğulayıb.

Avropa çempionatında bürünc medala sahib çıxan Qurban Hüseynli isə yarımfinal görüşünü uğursuz keçirdiyini vurğulayıb:

“Yarımfinalda pis çıxış etdim. Avropa çempionatında güclü rəqiblərim var idi və hər birinə qarşı yaxşı mübarizə apardım. Ümid edirəm ki, dünya çempionatında qızıl medal qazanacağam”.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri U-17 Avropa çempionatını 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Abdurrahman Hüseynli (45 kq) və Rihad İbrahimli (110 kq) Avropa çempionu olublar. Əli Nəzərov (60 kq) gümüş medal əldə edib. Qurban Məcnunovla (48 kq) Nicat Yeylaqaliyev (80 kq) isə üçüncü yeri tutub.

Millimiz 116 xalla komanda hesabında üçüncü olub.

Seçilən
51
2
report.az

3Mənbələr