AZ

XİN Azərbaycan vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırdı

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İranasəfərdən çəkinməyə çağırıb.

Trend xəbərverir ki, nazirlik bununla bağlı bəyanat yayıb.

"İsrail Dövləti və İran İslam Respublikası arasında yaranmışmövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar AzərbaycanRespublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə İran İslamRespublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksəkehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikasıvətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayətetmələri, hərbi və nüvə obyektlərinə yaxın ərazilərə getməmələri,yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğundavranmaları xahiş olunur.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızınAzərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyivə Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrləəlaqə saxlamaları xahiş olunur:

Azərbaycan Respublikasının İran İslam RespublikasındakıSəfirliyi
[email protected]
+98 905 523 01 07

Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu
[email protected]
+961 4 922 066", - bəyanatda deyilir.

Seçilən
23
49
az.trend.az

10Mənbələr