Bosniyalı hücumçu Edin Dzeko karyerasını yenidən İtaliyada davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, “Fiorentina” təcrübəli futbolçuya iki illik müqavilə təklif edib. Tərəflər hazırda danışıqları davam etdirir.
39 yaşlı forvard Türkiyənin “Fənərbağça” klubundan ayrıldıqdan sonra azad agent statusu daşıyır.
Dzeko daha əvvəl A Seriyasında “Roma” və “İnter” klublarının formasını geyinib. Onun adı həmçinin “Komo” və “Bolonya” ilə də hallanıb.
Geridə qalan mövsümdə Edin Dzeko “Fənərbağça”nın heyətində bütün turnirlər üzrə 53 oyuna çıxıb, 21 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.