AZ

“Yuventus” amerikalı futbolçu ilə bağlı qərar verib

“Yuventus” yarımmüdafiəçisi Ueston Makkenni ilə yeni müqavilə imzalamağa hazırlaşır.

90deqiqe.Az-ın məlumatına görə, tərəflər razılaşmaya artıq sabiq texniki direktor Kristianu Cuntoli dövründə yaxın idilər, lakin danışıqlar müəyyən müddətə dayandırılmışdı. İndi isə razılaşmanı klubun yeni baş icraçı direktoru Damyen Komolli yekunlaşdırmağa hazırdır. 

26 yaşlı futbolçunun yeni müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub. ABŞ millisinin üzvünün illik maaşının təxminən 3,3 milyon avro olacağı bildirilir.

Makkenni geridə qalan mövsümdə “Yuventus”un heyətində 44 matçda meydana çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırkı müqaviləsi 2026-cı ildə başa çatır.

Seçilən
8
90deqiqe.az

1Mənbələr