AZ

Qrup qalibləri 2026-cı il mundialına vəsiqə qazanacaq

Futbol üzrə DÇ-2026 seçmə turnirinin Şimali və Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) zonasında 3-cü mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, 12 komanda üç qrupda mübarizə aparacaq.

DÇ-2026 seçmə turnirinin CONCACAF zonasında 3-cü mərhələ:

A qrupu: Panama, Salvador, Qvatemala, Surinam.

B qrupu: Yamayka, Kürasao, Trinidad və Tobaqo, Bermud adaları.

C qrupu: Kosta Rika, Honduras, Haiti, Nikaraqua.

Qarşılaşmalar 2025-ci ilin sentyabr-noyabrında keçiriləcək və qrup qalibləri 2026-cı il mundialına vəsiqə qazanacaq. CONCACAF-dan Kanada, Meksika və ABŞ da turnirdə ev sahibləri kimi çıxış edəcəklər.

Daha iki komandanın DÇ-2026-da oynamaq şansı olacaq: qruplarda 2-ci yeri tutanlardan ən yaxşı göstəriciyə malik ikisi 2026-cı ilin martında qitələrarası pley-offda çıxış edəcək.

İdman.biz

Seçilən
7
1
idman.biz

2Mənbələr