AZ

“Tək getmə, Benzya qardaş, Nərimanı da özünə yol yoldaşı elə” – “Qarabağ” azarkeşləri

Ötən gün “Qarabağ” dörd futbolçu – Yassin Benzya, Marko Veşoviç, Patrik Andrade və İsmayıl İbrahimli ilə vidalaşdı.

"Football-plus.az" xəbər verir ki, 45 dəqiqə ərzində dörd post paylaşan “Qarabağ”ın paylaşımlarına maraqlı şərhlər də gəldi.

rufatgusein: Tək getmə, Benzya qardaş, Nərimanı da özünə yol yoldaşı elə.

serxansettarli: “Bayer”ə vurduğun qolu unutmayacayıq, Benzya! Yolun açıq olsun!

benzia.9: Bu nə hörmətsizlikdi? Bu futbolçular Avropada tarix yazıb, bir cümlə ilə yola salırsız.

m.huseynovv: Xəbərçilik kimi çıxmasın, Alekseylə Nəriman qaldı.

nuray_absv: Bu nədi? Biri zarafatdı desin.
gojayevaaa: Nərimanı saxlayın, “əsas” odu.

elvin8940: Millət, yeni futbolçular gəlir. Madaqaskarın üçüncü liqasından.

mahmud_023: Zubir, Medina, Şahruddin və Bədavinin da adını gözləyirəm.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
20
1
football-plus.az

2Mənbələr