AZ

Türkiyə XİN İsrailin İrana hücumunu qınayıb

BAKI, TurkicWorld

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin İrana hücumunu qınayıb.

TurkicWorld xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarını sərt şəkildə pisləyib.

“İsrailin İrandakı nüvə obyektləri də daxil olmaqla müxtəlif hədəflərə qarşı həyata keçirdiyi hava hücumlarını ən sərt şəkildə qınayırıq.” - deyə Nazirliyin yaydığı rəsmi bəyanatda qeyd olunub.

Bəyanatda həmçinin bölgədə gərginliyin artmasından ciddi narahatlıq ifadə olunub və tərəflərə təmkinli davranmaq, beynəlxalq hüquqa hörmət göstərmək çağırışı edilib.

Qeyd edək ki, İsrailin bu günlərdə Tehrandan İsfahana qədər bir sıra şəhərlərə hava hücumları endirməsi regionda gərginliyi daha da artırıb. Hücumlar zamanı mülki hədəflərin də vurulduğu, insan tələfatının olduğu bildirilir.

Seçilən
3
turkic.world

1Mənbələr