AZ

XİN-dən İsraildə olan Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ

Bakı. Trend:

Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarını İsrailəsəfərdən çəkinməyə çağırıb.

Trend xəbər verir ki, nazirlik bununla bağlıbəyanat yayıb.

"İsrail Dövləti və İran İslam Respublikası arasında yaranmışmövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar AzərbaycanRespublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə İsrailəsəfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıqnümayiş etdirmələri tövsiyə olunur.

Hazırda İsrail Dövlətində olan Azərbaycan Respublikasıvətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayətetmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarınauyğun davranmaları xahiş olunur.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızınAzərbaycan Respublikasının İsrail Dövlətindindəki Səfirliyi iləaşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi
[email protected]
+972 54 539 77 88", - bəyanatda deyilir.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Seçilən
20
8
az.trend.az

10Mənbələr