İsrail və İran arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan vətəndaşlarının zəruri olmadığı təqdirdə İsrailə səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.
"BAkuinfo" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda İsraildə olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur:
"Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İsrail Dövlətindindəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi[email protected]+972 54 539 77 88".
***
Azərbaycan İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatdır.
"Bakuinfo" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda tərəflər mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dialoq və diplomatik yollarla həll etməyə çağırılıb:
"Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq. Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir".