AZ

Nazir müavini: 2019-cu ildən bəri sosial sahəyə ayrılan büdcə vəsaiti 2,2 dəfə artırılaraq 16,9 milyard manata çatdırılıb

Bakı, 13 iyun, AZƏRTAC

2018-2025-ci illər üçün ölkə üzrə həyata keçirilən 5 sosial paket 4 milyondan çox vətəndaşı əhatə edib. Prezidentin imzaladığı Fərman və Sərəncamlara əsasən bu dövrdə sosial ödənişlərdə əhəmiyyətli artımlar baş verib. Belə ki, minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfə, orta aylıq pensiya 2,6 dəfə artırılıb. Eyni zamanda, müavinət və təqaüdlərə ayrılan illik büdcə vəsaiti 5 dəfədən çox artırılıb. Bundan əlavə, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan sosial siyasət nəticəsində 2019-cu ildən bəri sosial sahəyə ayrılan büdcə vəsaiti 2,2 dəfə artırılaraq 2025-ci ildə 16,9 milyard manata çatdırılıb. Hazırda bu xərclər ümumi büdcənin 41 faizini təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev 2025-ci ildə həyata keçirilən növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərin artırılmasına dair brifinqdə deyib.

Nazir müavini bildirib ki, bu il yanvarın 1-dən pensiya orta aylıq nominal əməkhaqqının artımına uyğun olaraq 8,1

faiz indeksləşdirilib: "Pensiya təminatına ayrılan illik vəsait 2018-ci ildən bu yana iki dəfə artırılıb və 2025-ci ildə 7,2 milyard manata çatıb. Bu artım 1,1 milyon vətəndaşı əhatə edib".

 

Seçilən
37
azertag.az

1Mənbələr