AZ

Kahramanmaraşın “Azərbaycan” məhəlləsi iki qardaş ölkənin daha bir dostluq rəmzidir

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Ankara, 13 iyun, AZƏRTAC

İki qardaş ölkə arasında daha bir dostluq və həmrəylik simvoluna çevrilmiş Kahramanmaraş şəhərinin “Azərbaycan” məhəlləsi ilk sakinlərini qəbul etməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, 2023-cü ildə baş vermiş iki dağıdıcı zəlzələnin episentrinə çevrilmiş Türkiyə şəhərinin mərkəzi hissələrindən biri cəmi iki ildən artıq müddətdə tamamilə transformasiya olunub və qardaş ölkədə fəlakət bölgəsinin bərpasının vizit kartına çevrilib.

Bu gün Kahramanmaraş şəhərinin qonaqlarını bütün beynəlxalq standartlara cavab verən müasir yaşayış kompleksi qarşılayır və minlərlə sakin rahat mənzillərə köçməyi səbirsizliklə gözləyir.

Prezident İlham Əliyevin tapşırığı ilə fəlakətin ilk günlərindən qardaş ölkəyə kömək üçün bütün imkanlar səfərbər edilib. Axtarış-xilasetmə işlərində iştirak etməklə yanaşı, ölkəmizin həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının səyləri digər istiqamətlərə yönəldilib.

2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində Kahramanmaraşda yaşayış binalarının, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikintisini nəzərdə tutan hökumətlərarası əməkdaşlıq Sazişi imzalanıb. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Azərbaycan” məhəlləsi layihəsi çərçivəsində ölkəmizin Nazirlər Kabinetinin icra orqanı kimi fəaliyyət göstərib. Bərpa işlərinin Türkiyə hissəsi Dövlət Mənzil İnşaatı İdarəsi (TOKİ) tərəfindən həyata keçirilir.

Təsdiq edilmiş layihəyə əsasən, məhəllədə 68 yaşayış binasından (ümumilikdə 1194 iki, üç və dörd otaqlı mənzillər) əlavə, həmçinin ibtidai məktəb, uşaq bağçası, mədəniyyət evi də istifadəyə veriləcək. Bundan əlavə, “Azərbaycan” məhəlləsində 1596 pərakəndə satış obyekti fəaliyyət göstərəcək.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Ümumi sahəsi 27,6 hektar olan yeni yaşayış massivinin baş planına uyğun olaraq, MİDA-ya 456 mənzilli 26 dördmərtəbəli yaşayış binasının, 328 qeyri-yaşayış obyektinin daxil olduğu 7, 8, 11 və 12-ci sahələrin tikintisi həvalə edilib.

MİDA nümayəndələri məlumat veriblər ki, agentliyin xətti ilə 4 yaşayış sahəsinin, o cümlədən ibtidai məktəb və uşaq bağçasının tikintisi başa çatdırılıb.

Kahramanmaraşın “Azərbaycan” məhəlləsində Heydər Əliyev adına ibtidai məktəbin təməli 2023-cü il aprelin 29-da Türkiyədə keçirilən TECHNOFEST festivalı zamanı qoyulub.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə bu təhsil ocağının tikintisinə xeyir-dua veriblər.

İşlər sürətləndirilmiş templə həyata keçirilib və 2024-cü il sentyabrın 11-də iki qardaş ölkənin təhsil nazirlərinin iştirakı ilə məktəbin açılış mərasimi olub.

Üçmərtəbəli müasir təhsil ocağında 20 sinif otağı, həmçinin üç hazırlıq kabinəsi və uşaq bağçası var. Bundan əlavə, məktəb binasında rəsm, musiqi, əl işləri və başqa otaqlar yerləşir.

Kahramanmaraşın “Azərbaycan” məhəlləsindəki Mədəniyyət Mərkəzinin layihəsi Türkiyənin müvafiq qurumu tərəfindən nəzərdən keçirilir və yaxın vaxtlarda təsdiqlənməsi gözlənilir. Bundan sonra tikinti mərhələsinə başlanılacaq.

Türkiyənin Dövlət Mənzil İnşaatı İdarəsinin səyləri ilə ərazilərin abadlaşdırılması prosesi də başa çatdırılır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
2
azertag.az

3Mənbələr