AZ

5 ayda 50 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib

2025-ci ilin yanvar-may aylarında ölkədə 50099,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Teleqrafa verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,0 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,9 faiz artıb.

ÜDM istehsalının 36,2 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 4,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,4 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 4896,1 manata bərabər olub.

Seçilən
24
1
teleqraf.com

1Mənbələr