AZ

UEFA “Barselona”nın cəriməsini azalda bilər

UEFA, mühasibat hesabatlarında aşkar edilən uyğunsuzluqlara görə "Barselona"ya tətbiq olunması nəzərdə tutulan cərimənin azaldılması məsələsini gündəmdə saxlayır.

90deqiqe.Az-ın "Diario Sport"a istinadən yaydığı məlumata görə,  tərəflər klub prezidenti Joan Laporta ilə UEFA rəhbəri Aleksander Çeferin arasında baş tutan görüşdən sonra ilkin razılığa gəlib.

Əvvəllər UEFA-nın Kataloniya təmsilçisini maliyyə rıçaqlarından – təşkilat tərəfindən standart gəlir mənbəyi kimi tanınmayan mexanizmlərdən istifadəyə görə 60 milyon avro cərimələməyi planlaşdırdığı bildirilirdi. Qeyd edək ki, La Liqa bu tip gəlirləri adi qazanc kimi qəbul edir.

İlkin razılaşmaya əsasən, “Barselona” növbəti üç il ərzində müəyyən maliyyə tələblərinə riayət etdiyi halda, cərimə məbləği təxminən üç dəfə azaldıla bilər. Bu şərtlərə maliyyə rıçaqlarından istifadə etmədən büdcə balansının qorunması, xərclərin və əməkhaqqı fondunun nəzarətdə saxlanılması daxildir. Nəzarətin La Liqanın maliyyə nəzarəti prinsiplərinə uyğun aparılması planlaşdırılır.

Əgər klub bu öhdəliklərə əməl etməzsə, UEFA 60 milyon avroluq cəriməni tam şəkildə tətbiq edəcək. Bundan əlavə, qurum avrokuboklardan kənarlaşdırma və ya xalların silinməsi kimi əlavə sanksiyaları da nəzərdən keçirir.

 

 

Seçilən
5
90deqiqe.az

1Mənbələr