İsrail bu gün paytaxt Tehran, Kirmanşah, Şərqi Azərbaycan (Təbriz), Qum, Lorestan və Həmədan vilayətlərini hədəf aldı.
Sitat.info xəbər verir ki, hücumda İranın Baş Qərargah rəisi Məhəmməd Baqiri və İran İnqilabı Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami həlak olub.
İsfahandakı Natanz Uran Zənginləşdirmə Qurumu da vurulub. Nüvə alimləri Məhəmməd Mehdi Tehrançi və Feridun Abbasi də Tehrana hücumlarda həyatını itirib.
Ölkənin ən əhəmiyyətli radar mərkəzlərindən biri olan Həmədandakı Subaşı Radar Mərkəzi və İraq sərhədinə yaxın Kirmanşahdakı hərbi kazarma və radar sistemləri, həmçinin Xosrəvi Sərhəd Qapısı hədəfə alınıb.
İraqla sərhəddə yerləşən Lorestan əyalətindəki hərbi obyekt İsrailin hədəfində olub. Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbrizdə 5 nöqtə hədəfə alınıb.
Sitat.info