BAKI, 13 iyun. TELEQRAF
İsrailin İrana hücumu nəticəsində mülki vətəndaşlar və uşaqlar da həlak olub.
Teleqraf xəbər verir ki, bunu İslam Respublikasının daxili işlər naziri İskəndər Momeni deyib.
"Bir sıra hərbi rəhbərlərin və nüvə alimlərinin, həmçinin mülki şəxslərin, o cümlədən uşaqların şəhid olması ilə əlaqədar İran xalqına başsağlığı verirəm. Biz bu qorxaq və qeyri-insani cinayəti qətiyyətlə pisləyirik. Şübhə yoxdur ki, günahkarlar ağır cəza ilə üzləşəcəklər", - o dövlət televiziyasının efirində qeyd edib.