AZ

Türkiyə XİN İsrailin İrana hücumunu pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin İrana hava zərbələrini ən sərt şəkildə pisləyib.

Turkustan.az xəbər verir ki, Xarici İşlər Nazirliyi İsrailin İrana endirdiyi hava zərbələri ilə bağlı yazılı açıqlama verib.

“İsrailin İrana endirdiyi hava hücumunu ən sərt şəkildə qınayırıq”- deyə, bəyanatda bu hücumun beynəlxalq hüququn açıq şəkildə pozulması və İsrailin regionda strateji sabitliyi pozma siyasətinə xidmət edən bir təxribat olduğu vurğulanıb.

Hücumların İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi bir vaxtda baş verdiyi vurğulanan bəyanatda İsrailin baş naziri Benyamin Netanyahu hökumətinin heç bir məsələnin diplomatik yollarla həllini istəmədiyi, regional sabitliyi və qlobal sülhü öz maraqlarına uyğun olaraq riskə atmaqdan çəkinmədiyi bildirilib.

Bəyanatda aşağıdakı ifadələr yer alıb:

"Bir daha bildiririk ki, Yaxın Şərqdə daha çox qan və dağıntı görmək istəmirik. Biz beynəlxalq ictimaiyyəti müharibənin yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq".

AytənYaşar/ Turkustan.az

Seçilən
17
turkustan.az

1Mənbələr