Türkdilli dövlətlər onkoloji xəstəliklə birgə mübarizə üçün elmi yollar axtarmalıdır.
"Report" xəbər verir ki, bunu Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresi çərçivəsində jurnalistlərə açıqlamasında Qazaxıstan Milli Elmi Onkologiya Mərkəzinin İdarə Heyətinin sədri Jantus Burkitbayev deyib.
O qeyd edib ki, hər il Qazaxıstanda 30 min onkoloji xəstə qeydə alınır.
J.Burkitbayev bildirib ki, türkdilli dövlətlərin xərçəng xəstəliyi ilə mübarizəsi üçün səhiyyə sahəsində əməkdaşlıq daha da gücləndirilməlidir:
"Daha sonra isə bu mübarizənin elmi yolları axtarılmalıdır. Ssəhiyyə, təhsil və elmi fəaliyyətin bütün istiqamətləri üzrə əməkdaşlıq genişləndirilməlidir. Bunun üçün geniş perspektivlər var".