AZ

"İnter"in hədəfi "Mançester Yunayted"in forvardı

“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən yaydığı məlumata görə, danimarkalı futbolçu “İnter”in yay transfer planlarında prioritet hədəflərdən biri nəzərdən keçirilir.

 Milan təmsilçisi 23 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır və artıq futbolçunun agenti ilə ilkin əlaqə saxlayıb.

Geridə qalan 2024/25 mövsümündə Hoylund bütün turnirlərdə 52 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir.

“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.

Seçilən
25
90deqiqe.az

1Mənbələr