AZ

Ölkə xəstəxanalarında qiymətlər bahalaşıb

BAKI, 13 iyun. TELEQRAF

2025-ci ilin may ayında əhaliyə göstərilən ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,6 faiz təşkil edib.

Teleqraf rəsmi statistikaya əsasən xəbər verir ki, mayda əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən tibbi xidmətlərin, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin qiymətlərində müşahidə olunub.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Seçilən
22
14
teleqraf.com

10Mənbələr