Bakı. Trend:
Misirin dövlət hava yolları şirkəti olan “EgyptAir” regiondavəziyyətin kəskinləşməsi səbəbindən İraq, İordaniya və Livanınpaytaxtlarına aviareysləri ləğv edib.
Trend xəbər verirki, bu haqda Misirin Mülki Aviasiya Nazirliyi “Facebook”da məlumatpaylaşıb.
“EgyptAir" şirkəti Yaxın Şərqdəki hadisələr və İraq, İordaniyavə Livanın hava məkanının bağlanması ilə əlaqədar Bağdad, Amman vəBeyruta reysləri ləğv edib”, – deyə nazirlikdən bildirilib.
Mülki Aviasiya Nazirliyi qeyd edib ki, hazırda Misirin havaməkanı “açıq, təhlükəsizdir və normal rejimdə fəaliyyətgöstərir”.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.