Bakı. Trend:
İranın mərkəzində yerləşən İsfahan vilayətində “Şəhid ƏhmədiRövşən” (Nətənz) zənginləşdirmə mərkəzinə müxtəlif xəsarətlərdəyib.
Trend-inməlumatına görə, bu, İranın Atom Enerjisi Təşkilatının bəyanatındabildirilib.
Bəyanata görə, hazırda dəyən xəsarətin qiymətləndirilməsi iləəlaqədar araşdırmalar aparılır.
Bəyanatda qeyd olunur ki, indiyə qədər Nətənz nüvə mərkəzindəişləyən işçilərin ölümü ilə əlaqədar hər hansı məlumat daxilolmayıb.
Bəyanatda deyilir ki, aparılan dəqiq araşdırmalar çərçivəsindəhər hansı radiasiya və kimyəvi çirklənmənin obyektdən kənarasızması halının olmadığı müəyyənləşib.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İranBMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclaskeçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavabhücumunun həyata keçiriləcəyini bildirir.