AZ

İsrail İrandan qisas almağa hazırlaşır - Sərnişin təyyarələri xaricə göndərildi

İsrailin "El Al" aviaşirkəti İranın mümkün cavab tədbiri olaraq Təl-Əvivdəki Ben Qurion hava limanından sərnişin təyyarələrini təxliyə etməyə başlayıb. İsrail Hava Limanları İdarəsinin sözçüsü Lisa Drir təxliyələri təsdiqləsə də, təyyarələrin hansı ölkəyə göndərildiyini açıqlamayıb.

İsrailin "El Al" aviaşirkəti İranın mümkün cavab tədbiri olaraq Təl-Əviv yaxınlığındakı Ben Qurion hava limanından sərnişin təyyarələrini təxliyə etməyə başlayıb.

Hansı ölkəyə göndərildiyi paylaşılmayıb.

İsrail Hava Limanları İdarəsinin sözçüsü Lisa Drir Anadolu Agentliyinə El Al-ın təyyarələrini hava limanından geri çəkməyə başladığını təsdiqləyib. Drir təyyarələrin hansı ölkəyə göndərildiyi barədə məlumat paylaşmayıb.

Bu hadisə İsrailin bu səhər İrana irimiqyaslı hava hücumları təşkil etməsindən sonra baş verib. İsrail ordusu İranın bir çox şəhərinə hücumlarda 200-dən çox döyüş təyyarəsinin istifadə edildiyini açıqlayıb.

Hücumlardan sonra İsrail ordusu İranın 100-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə cavab verdiyini açıqlayıb.

Seçilən
16
kommersant.az

1Mənbələr