"İsrail Müdafiə Qüvvələri (İDF) İranın nüvə proqramını pozmaq üçün əməliyyatları davam etdirəcək".
Bakıvaxtı.az İsrailin "Ynet" portalına istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
O, İsrail ordusunu Am-Calavi əməliyyatının uğurlu başlaması münasibətilə təbrik edib və əldə edilən nəticələri İsrail ordusunun "parlaq nailiyyəti" adlandırıb.
"İran aqressiv fəaliyyətlərini davam etdirdikcə, daha yüksək qiymət ödəyəcək. İsraili məhv etmək planında iştirak edən iranlı hərbçilər və nüvə alimlərinin, İİKK komandirlərinin başçılarının hədəfə alınması güclü və aydın mesaj verir. İsraili məhv etməyə çalışan hər kəs məhv ediləcək", - Katz deyib.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail hərbçiləri İrana qarşı əməliyyata başlayıb.
Gülşən Şərif