AZ

DİN Ötən gün bank kartlarından oğurlanan pulun məbləğini açıqlayıb

Bakı.Trend

İyunun 12-də bir sıra şəxslərin bank hesablarından 6880, 4347,4100, 600, 537, 507, 500, 472, 450, 310, 300, 270, 255, 203, 200,124, 100, 91 və 80 manat məbləğlərində vəsaitlər kiberyollaoğurlanıb.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib

Müraciətdə bildirilir ki, bank kartlarının CVV/CVC kodu,istifadə müddəti və SMS-lə göndərilən OTP (birdəfəlik şifrə)məlumatları mütləq şəkildə məxfi saxlanmalıdır. Bu məlumatlarınüçüncü şəxslərlə paylaşılması nəticəsində bank hesablarından puloğurluğu, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatlarıhəyata keçirilə biləcəyini vətəndaşlar bilməlidir.

Tövsiyə olunur ki, naməlum nömrələrdən gələn zəng və mesajlaracavab verilməsin, heç bir halda şəxsi və maliyyə məlumatlarıpaylaşılmasın, şübhəli ünsiyyət zamanı əlaqə dərhal dayandırılsınvə nömrə blok edilsin. Bu cür hallarla üzləşən şəxslər dərhal polisorqanlarına və müvafiq bank qurumlarına müraciət etməlidirlər.

Seçilən
23
1
az.trend.az

10Mənbələr