AZ

“Arsenal” isveçli futbolçu üçün 65 milyon avro təklif edib

“Arsenal” Viktor Qyokeresin transferi üçün “Sportinq” klubuna rəsmi təklif irəli sürüb.

90deqiqe.Az-ın "Record"a istinadən yaydığı məlumata görə, London təmsilçisi sövdələşmənin dəyərini 55 milyon avro sabit ödəniş və əlavə 10 milyon avro bonus şəklində qiymətləndirib.

Hazırda "topçular" həm futbolçunun agenti həm də klubla danışıqlar aparır.

Buna baxmayaraq, “Sportinq”in prezidenti Frederiku Varandaş daha əvvəl 27 yaşlı hücumçu ilə 60+10 milyon avro təklif olunsa belə, yolları ayırmaq fikrində olmadıqlarını açıqlamışdı. Eyni zamanda, futbolçunun özü və nümayəndəsi rəhbərliklə daha əvvəl bu məbləğ daxilində razılıq əldə olunduğunu bildiriblər.

2024/25 mövsümündə Qyokeres Lissabon təmsilçisinin heyətində 52 oyunda 54 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. İsveçli hücumçunun klubu ilə müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir.

 

 

Seçilən
25
90deqiqe.az

1Mənbələr