İngiltərənin “Bornmut” klubunun futbolçusu İlya Zabarni karyerasını Fransada davam etdirməyə yaxındır.
Futbolpress.az xəbər verir ki, PSJ ukraynalı müdafiəçi ilə razılığa gəlib. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. Paris klubu “Bornmut”la danışıqları davam etdirir.
Tərəflər arasında da anlaşma olacağı halda, PSJ Zabarni ilə 5 illik müqavilə imzalayacaq.
22 yaşlı futbolçu başa çatan mövsümdə Premyer Liqada 36 oyunda meydana çıxıb.