AZ

Səudiyyə Ərəbistanının XİN rəhbəri iranlı həmkarı ilə İsrailin hücumlarını müzakirə edib

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysal bin Fərhan Al Səud iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı İsrailin İrana hücumlarını pisləyib və böhranın həlli üçün dialoqa çağırıb.

“Report” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Telefon danışığı zamanı nazr İsrailin İran ərazisinə hücumunu pisləyib, güc tətbiqindən imtina etməyin və fikir ayrılıqlarının həlli üçün dialoqun vacibliyini vurğulayıb", - bəyanatda qeyd olunub.

Seçilən
1
2
report.az

3Mənbələr