Viktor Osimhen mübarizəsinə daha bir komanda qoşulub.

Offsideplus.az xəbər verir ki, nigeriyalı hücumçunu "Liverpul" da heyətinə cəlb etmək istəyir.

Darvin Nunyesin bu yay Mersisayd təmsilçisindən ayrılacağı gözlənilir. Ona görə də "qırmızılar" bir mərkəz hücumçusu transfer etmək istəyir. 26 yaşlı hücumçu əsas hədəflərdən biridir.

Bu barədə "GiveMeSport" məlumat yayıb.

Osimhen başa çatan mövsümü icarə əsasında "Qalatasaray"da keçirib. "Sarı-qırmızılar" onu birdəfəlik transfer etmək istəyir.

Səudiyyə Ərəbistan klublarıdan başqa nigeriyalı hücumçuya hələlik ən yüksək məvacib təklifini "Qalatasaray" verib.