AZ

Əhali pulunun 51,4 faizini ərzağa xərcləyib

BAKI, 13 iyun. TELEQRAF

2025-ci ilin yanvar-may aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,4 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 6,3 faizi avtomobil benzini və dizel yanacağının, 2,6 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların payına düşüb.

Dövlət Statistika Komitəsindən Teleqraf-a bildirilib ki, 5 ayda ərzaq xərcləri 12 milyard manat olub. Avtomobil benzininin alınmasına isə vətəndaşlar 1 milyard 465 milyon manat xərcləyiblər.

Hesabat dövründə əhalinin əczaçılıq məhsulları və tibbi ləvazimatları xərcləri 598 milyon manata bərabər olub.

2025-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 23 milyadr 341 milyon manat məhsul satılıb. 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artıb.

Seçilən
27
teleqraf.com

1Mənbələr