İrana qarşı hərbi əməliyyatlar başlamadan xeyli əvvəl İsrailin “Mossad” kəşfiyyat agentliyi Tehran yaxınlığında gizli şəkildə kamikadze pilotsuz təyyarələrin yerləşdirildiyi baza yerləşdirməyə nail olub.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “Ynet” portalı təhlükəsizlik sahəsindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, pilotsuz təyyarələr iyunun 13-nə keçən gecə, İsrail Hərbi Hava Qüvvələri İrana zərbələr endirməyə başlayanda işə salınıb.
Qurğular İran daxilindəki mühüm hərbi bazalardan birində raket buraxılış qurğularını məhv etmək üçün istifadə edilib.
İsrail ordusunun sözçüsü Efi Defrin İrana zərbələr endirildikdən sonrakı ilk şərhində qoşunların hərəkətlərini “profilaktik, hədəflənmiş, birləşmiş hücum əməliyyatı” kimi qiymətləndirmişdi.
Nigar HƏSƏNLİ,
Musavat.com