AZ

Əhliman Əmiraslanov Türkdilli dövlətlərin onkoloqlarının assosiasiyasının yaradılması təklifini irəli sürüb

Bakı, 13 iyun, AZƏRTAC

Bu gün Türk dünyası son dərəcə vacib olan tarixi hadisəyə şahidlik edir. İllər əvvəl belə bir Konqresi reallaşdırmaq bizim üçün xəyal ola bilərdi. Belə tədbirlərin təşkili 1990-cı illərdə baş verənlərdən, yəni SSRİ-nin süqutundan sonra Türkdilli dövlətlərin müstəqillik əldə etməsi nəticəsində mümkün oldu.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iyunun 13-də Bakıda keçirilən Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresində çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, türk birliyi, Türk Dövlətləri Təşkilatının yaradılması Ulu Öndər Heydər Əliyevin ən ümdə arzularından biri olub: “Məhz Türk Dövlətləri Təşkilatının ilk dəfə Naxçıvanda elan olunması Ulu Öndərin apardığı siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Əhliman Əmiraslanov Türkdilli dövlətlərin onkoloqlarının ortaq qurumunun yaradılması təklifi ilə çıxış edib: “Türk dünyasının çox aktiv və uğurla fəaliyyət göstərən qurumları var. Türkdilli dövlətlərin onkoloqlarının assosiasiyasının yaradılması və fəaliyyəti dövrü olaraq hər il belə tədbirlərin keçirilməsi üçün zəmin yaradacaq”.

Seçilən
40
azertag.az

1Mənbələr