ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
NATO İsrailin İrana zərbə endirməsi nəticəsində dünyanın nüvə müharibəsinə daha da yaxınlaşdığı barədə deyilənlərə inanmır.
Bizimyol.info xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Bilderberq Qrupunun iclasında iştirak etmək üçün gəldiyi Stokholmda keçirdiyi mətbuat konfransında deyib.
"Xeyr, yox, biz o münaqişədə deyilik. Artıq bütün NATO ölkələri deeskalasiya üzərində işləyir", - deyə o, İsrailin İrana zərbəsindən sonra dünyanın nüvə müharibəsinə daha yaxın olub-olmaması sualını cavablandırıb.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
"Bu, İsrailin birtərəfli hərəkətidir. NATO müttəfiqləri və ilk növbədə ABŞ gərginliyin azaldılmasına kömək etməlidir və mən bilirəm ki, onlar artıq bunu edirlər", - deyə Rutte bildirib.
O, etiraf edib ki, vəziyyət “sürətlə inkişaf edir və yaxın 24-48 saat ərzində nə baş verəcəyini proqnozlaşdırmaq çətindir”.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.