ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Bu gün Azərbaycan Kooperasiya Universitetində “18 İyun- İnsan hüquqları günü”nə həsr olunmuş tədbir keçirilib.
Modern.az xəbər verir ki, universitetin tədris işləri üzrə prorektoru, iqtisad elmləri doktoru Fikrət Quliyev tədbiri giriş sözü ilə açaraq ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Natiq bildirib ki, müasir, müstəqil Azərbaycan Respublikasında Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiqi və insan hüquqlarının təmininin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 18 iyun tarixi ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis olunub.
Ənənəvi olaraq hər il olduğu kimi bu əlamətdar gün ərəfəsində cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər, qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) tərəfindən 18 may - 18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan edilib. Məhz elan olunmuş ay çərçivəsində Azərbaycan Kooperasiya Universitetində bu mövzuda tədbirlər təşkil olunaraq Azərbaycan Respublikasının Konstitusiyasında, habelə digər qanunvericilik aktlarında gənclərin təsbit olunmuş hüquqları və qanuni mənafelərinin qorunması ilə bağlı mühüm müddəalar, onların təmin olunması istiqamətində dövlət səviyyəsində görülmüş işlər, o cümlədən Ombudsmanın insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində həyata keçirdiyi fəaliyyət barədə tələbə gənclərlə maarifləndirmə işləri aparılır.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Digər çıxışçılar isə insan hüquqlarının müdafiəsinin təbliği, həmçinin cəmiyyətdə hüquqi düşüncənin və hüquq mədəniyyətinin inkişafı baxımından tədbirin əhəmiyyətindən danışıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.