AZ

Trampın xüsusi nümayəndəsi iranlı diplomatlarla görüşmək niyyətindədir

Trampın

İsrailin səhər saatlarında İranın müxtəlif bölgələrinə hücumundan sonra ABŞ-İran nüvə müzakirələrinin davam edib-etməyəcəyi məsələsi gündəmdədir.

Reyting.az
“New York Times” qəzetinə istinadla bildirir ki, iyunun 15-də Omanda keçirilməsi planlaşdırılan nüvə danışıqlarında ABŞ prezidenti Trampın xüsusi nümayəndəsi Stev Vitkoff da iştirak etmək niyyətindədir.

Digər tərəfdən, İsrailin İrana hücumundan sonra Tehran ABŞ ilə nüvə danışıqlarını dayandırdığını açıqlayıb.

Prezident Tramp isə İsrailin hücumundan sonra deyib ki, İranın nüvə bombası ola bilməz və ABŞ danışıqlar masasına qayıtmağa ümid edir.

E. KAMAL
Seçilən
5
1
reyting.az

2Mənbələr