AZ

Türkiyə XİN: İsrailin İrana hücumunu qətiyyətlə pisləyirik

BAKI, 13 iyun. TELEQRAF

İsrailin İrana hava hücumunu qətiyyətlə pisləyirik.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumu ilə bağlı yazılı açıqlama yayıb.

Nazirlik bildirib ki, bu hücum beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və İsrailin bölgədəki sabitliyi pozmağa yönəlmiş strateji siyasətinin bir hissəsi olan təxribat xarakteri daşıyır.

Qeyd olunub ki, hücumun İranın nüvə proqramı ilə bağlı diplomatik danışıqların intensivləşdiyi bir dövrdə həyata keçirilməsi, İsrail hökumətinin diplomatik həll yollarına maraqlı olmadığını və öz maraqları naminə regional sabitliyi və qlobal təhlükəsizliyi riskə atmaqdan çəkinmədiyini göstərir.

Nazirlik İsrailin daha genişmiqyaslı qarşıdurmalara səbəb ola biləcək təcavüzkar addımlarını dərhal dayandırmasının vacibliyini vurğulayıb.

Açıqlamanın sonunda isə belə qeyd edilib:
"Yaxın Şərqdə daha çox qan və dağıntı görmək istəmirik. Münaqişənin yayılmaması üçün beynəlxalq ictimaiyyəti təcili şəkildə hərəkətə keçməyə çağırırıq."

Seçilən
41
teleqraf.com

1Mənbələr