AZ

“Masal masal Türkiye” uşaq nağılları tətbiqində Azərbaycanla bağlı bölüm yaradılacaq

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ankara, 13 iyun, AZƏRTAC

Türkiyədə mobil telefonlar üçün hazırlanmış “Masal Masal Türkiyə” adlı türk nağılları proqramına “Türk dünyası: Azərbaycan” bölümü əlavə ediləcək.

AZƏRTAC xəbər verir ki, bölümdə nağılların mətni, onlara aid rəsmlər, habelə onların Azərbaycan və Türkiyə türkcəsində səsli versiyalarının yerləşdirilməsi planlaşdırılıb.

Türk nağılları mobil tətbiqində Azərbaycan bölümü hazırlanarkən xalq nağıllarımıza dair nəşrlər və “Azərbaycan masalları” adlı nağıllar kitabı əsas götürüləcək. Bu barədə ortaq əməkdaşlığa dair Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türkiyənin Atatürk Mədəniyyət Mərkəzi arasında yol xəritəsi imzalanıb.

“Masal Masal Türkiyə” adlı layihə vasitəsi ilə nağıllar mobil telefonlar vasitəsilə çatdırılır. Bəzi seçilmiş nağıllar əsasında isə cizgi filmləri çəkilir və proqrama əlavə edilir.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Nağıllar İstanbul türkcəsi və Türkiyənin bölgələrinin ləhcələrində qeydə alınır. Hər biri dünyanın aparıcı səkkiz xarici dillərində mətn və audio kimi izləyicilərə təqdim olunur.

Layihə nəticəsində gələcəkdə Azərbaycan xalq nağılları da “Masal Masal Türkiyə” adlı mobil telefonlar üçün hazırlanan proqrama daxil edilməklə gələcəkdə həm Türkiyədə, həm də digər dünya dillərinə tərcümə edilməklə daha geniş təbliğ olunacaq.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
azertag.az

1Mənbələr