AZ

Neft sektorundan daxilolmalar niyə azalıb?

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“2024-ci ilin dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft mənbələri üzrə daxilolmaların 3.1 faiz artması Azərbaycanda iqtisadi artımda qeyri-resurs sektorunun drayverə çevrilməsindən xəbər verir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. 

Onun sözlərinə görə, ötən il proqnoza nisbətən dövlət büdcəsinə qeyri-neft sektorundan 573.4 milyon manat çox, bütövlükdə isə 19 milyard 192 milyon manat vəsait daxil olub: “Hesabatda qeyri-neft sektoru üzrə daxilolmaların çox olması ÜDM-dəki artımın proqnoza nisbətən yüksək olması ilə əlaqələndirilir. 2024-cü ildə Azərbaycan Respublikasında ümumi daxili məhsul (ÜDM) real ifadədə 4,1 faiz artıb və nominal olaraq 121,3 milyard manat proqnoza qarşı 126,3 milyard manat olub.

Deməli, proqnoza nisbətən 5 milyard manat daha çox ÜDM formalaşıb. Bu, təbii ki, müsbət haldır və iqtisadiyyatın inkişafına xarakterizə edən göstəricidir. Bu o deməkdir, iqtisadiyyatın daha çox inkişaf etməsinin fiskal gəlirlərə pozitiv spilover effekti var. Bununla yanaşı, sadə reqressiv hesablama göstərir ki, qeyri-neft sektorundan proqnoza nisbətən 573.4 milyon manat əlavə vəsaitin büdcəyə daxil olması sadəcə ÜDM-dəki artım ilə bağlı deyil. Bu baxımdan, gəlirlər üzrə konservativ proqnozlaşdırma faktoru da nəzərə alınmalıdır.

Neft sektorundan daxilolmalar isə əvvəlki illə müqayisədə 1.0 faiz azalıb. Neft sektoru büdcəyə 17 milyard 969 milyon manat töhvə verib. Təqdim olunan hesabatda azalma təbii qazın 1 m3-nin və “Azəri Light” markalı xam neftin 1 barelinin dünya bazarında qiymətlərinin müvafiq olaraq 18,1 faiz və 4,2 faiz azalması ilə əlaqədardirilib. 

Bununla belə, 2024-cü ildə Brent markalı neftin bir barelinin orta qiyməti 81, “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 82,8 ABŞ dollar olub. Bu isə dövlət büdcəsində nəzərdə tutulan 75 dollardan 10.4 faiz çoxdur. Belə olan halda neftin dünya bazar qiyməti dövlət büdcəsində nəzərdə tutulan rəqəmlə müqayisədə çox olduğundan bu sektor üzrə fiskal gəlirlərimizin azalması səbəblərinin daha detal araşdırılması məqsədəuyğundur. Ümumi neft qiymətlərindəki azalma fiskal gəlirlərdən daha çox suveren fondun yığımlarına təsir etməlidir.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

2024-cü ildə sadələşdirilmiş vergi üzrə 373,0 milyon manat proqnoza qarşı 2,7 faiz daha çox, yəni 382,9 milyon manat vəsait büdcəyə daxil olub. Bu o deməkdir ki, sözügedən mənbə üzrə fiskal daxilolmalar genişlənib. Bununla yanaşı, artq 10 ildir ki, sadələşdirilmiş vergi dövriyyəsi dəyişdirilmir.

Belə ki, sonuncu dəfə 2016-cı ilin yanvarın 1-də sadələşdirilmiş vergi dövriyyəsi 120 min manatdan 200 min manatadək artırılıb. 2015-ci il ilə müqayisədə Azərbaycan iqtisadiyyatı möhtərəm Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəricəsində 54,4 milyard manatdan 126.3 milyard manatadək böyüyüb. Yəni son 10 ildə Azərbaycanda ÜDM 2.3 dəfə artıb. Bu isə o deməkdir ki, həmin dövrdə sahibkarlıq da inkişaf edib və biznes dövriyyəsi də artıb. Bu baxımdan, sadələşdirilmiş vergi dövriyyəsinin iqtisadiyyatdakı artım tempinə uyğun olaraq 2 dəfə artırılması məqsədəuyğun olardı. Bu mikro sahibkarların vergi güzəştlərindən daha geniş miqyasda faydalanmasına imkan verərdi. Bütövlükdə isə, vergi güzəştlərinin coğrafi və ya sektor kimi kəmiyyət meyarlarından daha çox istehlak kimi keyfiyyət meyarları ilə əlaqələndirilməsinə ehtiyac var”.

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
qafqazinfo.az

2Mənbələr