AZ

Sahil Babayev: Maliyyə Nazirliyində büdcə ilə bağlı işçi qurupu yaradılıb - İslahatlara başlanılır

"Dövlət büdcəsi təkcə siskal sənəd deyil, ölkəmizin strateji inkişaf istiqamətlərini, sosial öhdəliklərini, vətəndaş rifahına yönələn əsas vasitədir".

Teleqraf xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, dövlət maliyyəsinin daha səmərəli idarə edilməsi, büdcə prosesinin təkmilləşdirilməsi ilə bağlı Maliyyə Nazirliyində işçi qurupları yaradılıb:

"Geniş islahatlara başlanılıb. İslahat proqramı çərçivəsində dövlət büdcəsinin gəlirlərinin və xərclərinin təhlili və optimallaşdırılması, dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, mühasibat uçotu sahələrində təkmilləşdirmə tədbirlərinin görülməsi, rəqəmsal idarəetmə və müasir elektron həllərin büdcə prosesinə tətbiqi imkanları dəyərləndirilir".

Seçilən
17
teleqraf.com

1Mənbələr