İranın İsrailə doğru buraxdığı bütün pilotsuz uçuş aparatları (PUA) zərərsizləşdirilib.
Bizim.Media “Ynet” portalına istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
"İsrail ordusu İranın bütün PUA-larını uğurla zərərsizləşdirib", - IDF-dən bildirilib.
Daha əvvəl İranın son bir neçə saat ərzində İsrailə doğru 100-dən çox PUA buraxdığı bildirilmişdi.
Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb.
Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. Buna cavab olaraq İran İsrailə PUA-larla hücum edib.
Bizim.Media