Fələstinin HƏMAS radikal qruplaşması İsrailin İrana hücumunu pisləyərək, dünyanı yəhudi dövlətini cilovlamaq və onun cinayətlərinə son qoymaq üçün vahid mövqe nümayiş etdirməyə çağırıb.
Bakıvaxtı.az "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, bununla bağlı HƏMAS bəyanat yayıb.
Bəyanata əsasən, İsrailin təcavüzü regionda sabitliyi pozmaq təhlükəsi yaradan təhlükəli eskalasiyanı ifadə edir və ekstremist Netanyahu hökumətinin regionu açıq qarşıdurmaya sürükləməkdə israrını əks etdirir.
HƏMAS hücumu "beynəlxalq norma və konvensiyaların kobud şəkildə pozulmasını təşkil edən vəhşi təcavüz" adlandırıb və əlavə edib ki, İsrail bütün region üçün ekzistensial təhlükə yaradır.
HƏMAS İran İslam Respublikasına tam həmrəyliyini ifadə edib.
Gülşən Şərif