Bakı. Trend:
İşğaldan azad olunmuş Xankəndi və Şuşa şəhərlərində eləcə dəAğdərə və Xocalı rayonlarının ərazisində yeni milli parkyaradılır.
Trend xəbərverir ki, bunu Xankəndidə İdarələrarası Mərkəzin Ekoloji məsələlərüzrə İşçi Qrupunun bugünkü iclasında çıxış edən Ekologiyaməsələləri üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlərnazirinin müavini Vüqar Kərimov deyib.
"Milli park 100 min hektar ərazini əhatə edəcək və artıq parkınxəritəsi də hazırlanıb. Xəritə Əmlak məsələləri üzrə DövlətKomitəsinə göndərilib. Bu ilin sonuna qədər yeni parkın yaradılmasınəzərdə tutulub", - - o qeyd edib.
Xatırladaq ki, Xankəndidə işğaldan azad edilmiş ərazilərdəməsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmışƏlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərənİdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbətiiclasında müvafiq dövlət qurumlarının nümayəndələri, Cəbrayıl,Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Füzuli, Xocavənd,Ağdərə Xocalı, rayonlarında və Xankəndi şəhərində AzərbaycanRespublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, eləcə dəBərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirakedir.