AZ

Netanyahunun ofisi: İranla genişmiqyaslı müharibəyə hazırıq!

İsrail İranla genişmiqyaslı müharibəyə hazırdır. Bunu TASS-a İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman deyib.


O, İranla genişmiqyaslı silahlı münaqişənin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib: “İsrail hadisələrin istənilən inkişafına hazırdır”.


Bundan əlavə, Netanyahunun ofisi bəyan edib ki, İranla eskalasiya baş verəcəyi təqdirdə İsrail ilk növbədə öz qüvvələrinə ümid edir.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.


Tural

Seçilən
18
news365.az

1Mənbələr