BAKI, 13 iyun. TELEQRAF
“Elə valideynlər var ki, sağlam oğullarını xəstəlik adı altında hərbi xidmətdən yayındırırlar”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Hayk Sərkisyan deyib.
Deputat çağırışçıların yarıdan çoxunun – 54 faizinin süni yollarla hərbi xidmətdən yayındığını bildirib.
“Çağırışçıların cəmi 46 faizi orduya çağırılır ki, bu da narahatlıq doğurur. Parlamentin özündə elələri var ki, sağlam övladlarını xəstəlik adı altında hərbi xidmətdən yayındırırlar. Bu həm iqtidar, həm də müxalifət deputatlarına, nazirlərə aiddir. Hər kəs xidmət etməlidir”, - Sərkisyan bildirib.