AZ

Sertifikasiya imtahanının tətbiqi səhiyyə müəssisələrinin fasiləsiz fəaliyyətində çətinliklər yarada bilər – Millət vəkili

Bakı. Trend:

Artıq üçüncü oxunuşda qəbul olunan qanun layihəsinə əsasən,sertifikasiya imtahanından keçə bilməyən həkimlərin vəzifəmaaşlarının altı ay müddətində saxlanılması və iş yerlərininqorunması hüquqi baxımdan sosial ədalətin təmini və həkimlərinrifahı baxımından təqdirəlayiq bir addımdır. Lakin bu müddəanınpraktiki tətbiqi zamanı səhiyyə müəssisələrinin fasiləsizfəaliyyəti baxımından bəzi çətinliklərin yaranması mümkündür və buməsələyə indidən diqqət yetirilməlidir.

Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentinbu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Məsələn, bölgələrdə 24 saat fasiləsiz fəaliyyət göstərən dializmərkəzlərində çalışan yeganə nefroloqun sertifikasiya imtahanındankeçə bilməməsi və nəticədə hüquqi olaraq onun müvəqqəti şəkildəişdən kənarlaşdırılması həmin mərkəzin fəaliyyətini iflic edəbilər. Bu isə orada hər gün həyati əhəmiyyət daşıyan müalicə alanpasiyentlərin sağlamlığı və həyatı üçün ciddi təhlükə yaradabilər.

Belə hallarda həmin həkimin əvəz olunması üçün yeni ştatcədvəlinin təsdiqi, əvəzləyici mütəxəssisin tapılması və işə qəbulprosedurlarının həyata keçirilməsi zaman tələb edir. Bu davətəndaşların tibbi xidmətlərə əlçatanlığında boşluqlar yaradabilər”, - deyə o bildirib.

Millət vəkili bildirib ki, artıq qəbul olunan bu qanunun tətbiqimərhələsində aşağıdakı məsələlərin icrası xüsusilə vacibdir:

- Ehtiyat kadr bazasının formalaşdırılması;

- Regional rotasiya əsaslı əvəzləyici mexanizmlərinhazırlanması;

- Keçid dövrü üçün müvəqqəti fəaliyyət icazələrinin hüquqiəsasda nəzərdən keçirilməsi;

- Bütün bu proseslərin həyata keçirilməsi üçün çevik maliyyədəstəyinin təmin olunması.

“Maliyyə nazirindən xahiş edərdim ki, bu qanunun tətbiqimərhələsində yarana biləcək operativ ehtiyacların qarşılanması üçünəlavə maliyyə mexanizmlərinin işlənməsi və resursların çevikayrılması imkanlarının nəzərə alınması istiqamətində dəstəkgöstərilsin”, - deyə deputat qeyd edib.

Seçilən
0
az.trend.az

1Mənbələr