İran silahlı qüvvələri nüvə obyektlərinə hücuma cavab olaraq İsrailə “acı dərs” verəcəyini vəd edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Əl-Məyadin" telekanalı İran ordusunun sözçüsünə istinadən məlumat yayıb.
“İran ordusu İslam İnqilabı Keşikçiləri Korpusu ilə birlikdə ölkəmizdə günahsız insanlara qarşı təcavüzə və qan tökülməsinə dözməyəcək və Netanyahuya acı dərs verəcək”, - bəyanatda deyilir.